shape
shape
shape
shape
shape
shape
shape
shape
Yezidabad qalası
2021-12-15
Baxış sayı: 234

Yezidabad qalası

KöhnəqalaYezidabad qalası və ya Naxçıvanqala— Naxçıvan şəhərinin cənubunda yerləşən erkən orta əsrlərə aid qala. Bu qala eyni zamanda orta əsrlər Naxçıvan şəhərinin Narınqala hissəsi kimi də bilinməkdədir. Qalanın sonuncu Sasani hökmdarı III Yezdəgird (632 – 651/52-ci illər) tərəfindən inşa edildiyi ehtimal olunur. Hazırda Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Tarix-Memarlıq Muzey Kompleksi kimi fəaliyyət göstərir.