Məhməd İsa Əfəndinin aylarca çalışaraq planını cızdığı Tac Mahalın tikintisində son dərəcədə parlaq, ağ mərmər işlədilmişdir. Parlaq, ağ mərmərin incə mavi damarları da vardı. Bu mərmərdən tikilən möhtəşəm qübbənin yerdən yüksəkliyi 82 metrdir və 1648-ci ildə tamamlanmışdır. Qübbənin üzərindəki qızıl aypara bu yüksəkliyi daha da artırır. Türbənin ağ mərmərdən dörd minarəsi də mövcuddur. Binada yazıları yazan Xəttat Səttar Əfəndi olmuşdur.

Şah Cahan

Günbəzin üzərində qızılla işlənmiş bir səltənət mövcuddur. Məqbərənin ağ mərmərdən dörd minarəsi vardır. Yasin surəsinin hamısı abidənin hər tərəfində Xəttat Səttar Əfəndi tərəfindən yazılmışdır.

İnşaatda çox sayda sənətkar ilə birlikdə gündə 20.000 işçinin işləməsi ilə məqbərə 1643-cü ildə, həyət və ətrafındakı binaların isə 1649-cu ildə inşası başa çatdırılmışdır. Tac Mahalın inşası 21 ildən sonra - 1652-ci ildə bitirilmişdir.

305x580 metr ölçülü düzbucaqlı bir həyətdə yerləşən Tac Mahal, dörd fasadının ortasında, 33 metr hündürlüyündə tac qapıları olan 75 metr hündürlüyündə monumental günbəzi əhatə edir.

Daxili sahəni əhatə edən 30 metr hündürlüyündə aşağı günbəz və üst günbəz arasında məzar sahəsi qədər ölü yer mövcuddur.

Mümtaz Mahal və Şah Cahanın tabutları yuxarı mərtəbədə, günbəzin altındadır. Tabutların yerləşdiyi günbəzdə ağızdan çıxan hər səs 7 dəfə əks-səda verən bir akustikaya sahibdir. Şah və arvadının əsl tabutları aşağı mərtəbədə yerləşir.

Tac Mahalın tikintisinə 1631-ci ildə başlanılmış və 1652-ci ildə başa çatdırılmışdır. Mümtaz Mahalın və öldükdən sonra onun yanında dəfn edilən Cahan şahın tabutları üst mərtəbədə yerləşir. Qübbənin altında olan bu tabutlarda mərmər oymaçılığının ən gözəl nümunələri görünür. Tabutların olduğu yerdə insan ağzından çıxan hər səs möhtəşəm qübbədə yeddi dəfə əks-səda verir.

Türbənin tikintisi 1652-ci ildə başa çatdırılmışdır. Tac-Mahalı ərsəyə gətirmək üçün minlərlə sənətkar gecə-gündüz işləmişdir.

Sənət əsəri kimi ayrıca bir xəzinə olan Tac Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür. Yüz minlərcə əqiq, sədəf, firuzə qoyulmuş divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci vardır. Türbənin tikintisi üçün 47 milyon qızıl lirə xərclənmişdir və divarlardakı cəvahiratlar buna daxil deyildir. Hündürlüyü 75 metrə çatan, ağ və çəhrayı mərmərlərdən tikilmiş 4 minarəli bu abidə, tərəflərinin mütənasibliyi, ideal simmetriyası və hədsiz gözəlliyi ilə insanları vahel edirdi. Hətta İstanbuldakı möhtəşəm Süleymaniyyə Camisi üçün 19 milyon qızıl lirə xərcləndiyini söyləsək, Tac Mahal üçün necə böyük bir fədakarlıq göstərildiyi daha yaxşı başa düşülür.

Böyük və gözəl fəvvarəli bağ içində salınmış Tac-Mahal beşgünbəzli möhtəşəm binadan və künclərindəki 4 minarədən ibarət tikilidir. Türbənin xarici görünüşü mütləq simmetriya konsepsiyasına söykənir və Mümtaz Mahalın məqbərisinə nəzərən mərkəzi-ox simmetriyasına malikdir.

Tac-Mahalın divarları yarımşəffaf ağ mərmərlə örtülüb. Rəngini dəyişən, daha doğrusu, belə bir təsəvvür yaradan mərməri inşaat yerinin 300 kilometrliyində yerləşən daş karxanasından gətirirdilər. Mərmər gündüzlər ağ, dan yeri söküləndə, qürub çağında çəhrayı, gecələr isə gümüşü rəngə çalırdı. Dekorativ elementlər müxtəlif boya, suvaq, daş inkrustasiya və oyma fiqurların köməyi ilə yaradılıb. Kompleksin divarlarına dekorativ elementlər kimi Qurani-Kərimdən hissələr həkk olunub. Divarlar və tavan əlvan daşlarla – firuzə, qara, qırmızı və narıncı əqiq, malaxit, mirvari, sədəf, kəhrəba, zümrüd və yaqutla işlənib. Ümumiyyətlə, 28 növ yarımqiymətli və qiymətli daşlardan istifadə olunub. Bu daşları hətta Çin, Əfqanıstan, Tibet və Şri-Lankadan gətirirdilər. Türbəni türk memarı Ustad Məhəmməd İsa Əfəndi tikib.

Türbəni bəzəyən günbəzlər qızıl suyu çəkilmiş fiqurlarla tamamlanıb. Yeri gəlmişkən, sərdabəni bəzəyən mərmər günbəz Tac-Mahalın ən cəlbedici hissəsidir. Onun hündürlüyü 35 metrdir. Baş günbəzin əzəldən qızıldan olan tacı XIX əsrdə tuncla əvəzlənib. Tacı ucları səmaya istiqamətlənən aypara tamamlayır.

Saray ümumən 1,2 hektar ərazidə yerləşir.

Əfsanəyə görə, Camna çayının o biri sahilində qara mərmərdən oxşar tikili ucaldılmalı, bu iki tikilini birləşdirmək üçün çayın üzərindən boz mərmərdən körpü çəkilməli idi. Amma Cahan şah bu niyyətini həyata keçirməyə macal tapmır.

Tac-Mahalın tikintisi başa çatandan çox keçməmiş oğlu Cahan şahı devirir və onu Dehli qalasına salır. Ölümündən sonra onu sevimli xanımının yanında dəfn edirlər. Hazırda onların sərdabələri türbənin içindədir.

XIX əsrin sonunda Tac-Mahalın ayrı-ayrı hissələri baxımsız vəziyyətə düşdü. Türbə Britaniya əsgərləri və məmurları tərəfindən qarət edildi. Onlar binanın divarlarından qiymətli daşları söküb aparırdılar. Elə həmin vaxt lord Keyzon irimiqyaslı yenidənqurma işlərinə başladı. Bərpa işləri 1908-ci ildə başa çatdı. Moğalların bir vaxtlar cənnəti xatırladan bağına da əl gəzdirib, onu Britaniya üslubuna saldılar.