Ana səhifə / Bloqlar /Azərbaycanı tanıyaq / Şamaxı cümə məscidi

shape
shape
shape
shape
shape
shape
shape
shape
Şamaxı cümə məscidi
2021-12-15
Baxış sayı: 244

Şamaxı cümə məscidi

Şamaxı şəhəri ərazisində yerləşən məscid. Azərbaycan Respublikasının ərazisindəki ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

Məscid 743-744-ci illərdə inşa edilmişdir. Şamaxı cümə məscidi Cənubi Qafqazda Dərbənd cümə məscidindən (734-cü ildə inşa edilib) sonra ən qədim məsciddir. Orta əsrlərdə bir neçə dəfə bərpa edilmiş məscid 1856 və 1902-ci illərdə baş vermiş Şamaxı zəlzələləri zamanı dağılmış, birinci dəfə Qasım bəy Hacıbababəyov, sonra isə İosif Ploşko tərəfindən bərpa edilmişdir. 1918-ci ildə ermənilər tərəfindən yandırılmış məsciddə son restavrasiya işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2010-2013-cü illərdə aparılmışdır.

Şamil Fətullayev-Fiqarov qeyd edir ki, “Azərbaycan memarlıq tarixində Şamaxı cümə məscidinin əhəmiyyəti o qədər böyükdür ki, onun memarlıq, arxeoloji və elmi-tədqiqat baxımından diqqətlə öyrənilməsi bu qədim qurğunun tarixi haqqında dolğun təsəvvür yaratmağa imkan verir və həmçinin Şirvan-Abşeron memarlıq məktəbinin bir çox aspektlərini işıqlandırır."