shape
shape
shape
shape
shape
shape
shape
shape
Alov qüllələri
2021-12-15
Baxış sayı: 299

Alov qüllələri

Bakı şəhərində ən hündür bina. Hündürlüyü 90 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır.

Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası "DİA Holding" yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır. Əcnəbilərə Bakını tanıtmaq üçün ən yaxşı simvollardan biri Alov Qüllələridir.

 

Maraqlı faktlar

  • Skyscrapercity.com (urbanistika haqqında nüfüzlu forum) saytının keçirdiyi sorğuya görə "Alov Qüllələri" işıqlandırılma üzrə birinci yeri tutur. Üstündə animasiyon mənzərə vermək üçün binalar bütövlüklə ekranlarla örtürülüb.
  • Binanın tikilməsi "Build it Bigger" verlişində göstərilmişdi, bu verliş "Discovery Channel"də və "Science Channel"də yayımlanır.
  • Tikiliş üçün 400 milyon ABŞ dolları xərclənmişdir